Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

QAXDA 8 MART – BEYNƏLXALQ QADINLAR GÜNÜNƏ HƏSR OLUNMUŞ BAYRAM TƏDBİRİ KEÇİRİLMİŞDİR

08 mart 2013 | 16:00

7 mart 2013-cü il tarixdə 8 Mart – Beynəlxalq qadınlar günü münasibətilə “EL Resort” Hoteldə bayram tədbiri keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev çıxış edərək ölkədə qadın siyasətinin uğurlarından, onların cəmiyyətdəki rolundan danışmış, milli-mənəvi dəyərlərimizin qorunub saxlanmasında, gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında qadınların əməyini yüksək qiymətləndirmişdir.
Digər çıxış edənlər qadınları əlamətdar gün münasibətilə təbrik etmiş, Azərbaycan qadınlarının respublikanın ictimai-siyasi həyatında mühüm rolundan danışmış, ölkəmizdə qadınlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
Bayram süfrəsi ətrafında, rəngarəng konsert proqramı ilə davam edən tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən, təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə çalışan qadınlara rayon İcra Hakimiyyətinin Fəxri fərmanları və qiymətli hədiyyələri, Şəhər bələdiyyəsinin hədiyyələri və YAP sıralarına yeni daxil olmuş bir qrup qadına üzvlük vəsiqələri təqdim olunmuşdur.

Keçidlər