Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

QAXDA BAHARIN GƏLİŞİ BÖYÜK SEVİNCLƏ QEYD OLUNMUŞDUR

26 mart 2013 | 16:00

Xalqımızın milli bayramı olan Novruz yurdumuza qədəm qoyur. Əcdadlarımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən bu bayram Qax rayonunda da böyük sevinclə qeyd olunmuşdur.
        Baharın gəlişi münasibətilə martın 19-da Qax şəhərindəki Sahil parkında ümumrayon bayram şənliyi keçirilmişdir. Tədbirin keçirildiyi meydan al-əlvan gül-çiçəklərlə, yaşıl səməni və xonçalarla, Novruzun atributları əks olunmuş lövhələrlə, xalq tətbiqi sənəti nümunələrindən ibarət guşələrlə bayramsayağı bəzədilmişdir. Bir tərəfdə pəhləvanlar, kəndirbazlar öz məharətlərini göstərir, qol güləşçiləri gücünü nümayiş etdirir, digər tərəfdə qadınlar ip əyirir, yun darayır, xalça toxuyur, nehrə çalxayır, sacda yuxa bişirir, bayram iştirakçılarını milli mətbəximizin ləziz təamlarına qonaq edirlər.
         Novruzun atributları olan Dədə Qorqudun, Bahar qızın, Keçəl və Kosanın zurnaçılar dəstəsinin müşayiəti ilə, “Cəngi” sədaları altında meydana daxil olması bayram iştirakçıları tərəfindən alqışlarla qarşılanmışdır.
       Dədə Qorqud tədbir iştirakçılarını xalqımızın ən əziz bayramı - Novruz münasibətilə təbrik edərək bildirmişdir ki, elimizin adəti üzrə Oğuz igidləri el-obanı toy-düyünə səsləmək üçün uca dağ başında böyük tonqallar çatardılar. Hamı bilərdi ki, bu eldə, obada şadlıq var. Qoy tonqallarımız daha gur alovlansın.
        Bayram tonqalı yandırıldıqdan sonra rayon rəhbərliyi və qonaqlar rayonun ayrı-ayrı kəndlərinin, əmək kollektivlərinin təşkil etdikləri bayram süfrələrinə qonaq olmuş, milli mətbəx nümunələrindən dadmış, el sənətkarlarının əl işləri ilə tanış olmuşlar.
        Tədbirdə qeyd olunmuşdur ki, xalqımız Novruz bayramını yüksək əhval-ruhiyyə, böyük sevinclə qeyd edir. Beynəlxalq səviyyədə keçirilən bu bayram müstəqilliyimizin, milli dəyərlərə hörmət və ehtiramımızın göstəricisidir.
        Çıxış edənlər ölkəmizə əmin-amanlıq, xalqımıza bahar təravətli günlər, süfrələrimizə ruzi-bərəkət arzulamışlar.
          Bir neçə saat davam edən bayram tədbirində rayonun rəqs və özfəaliyyət kollektivləri, paytaxtdan dəvət olunmuş tanınmış müğənnilər maraqlı konsert proqramı ilə şənlik iştirakçılarına xoş ovqat

Keçidlər