Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

QAXDA SOYQIRIMI QURBANLARININ XATİRƏSİ YAD EDİLMİŞDİR

01 aprel 2013 | 15:00

Rayon rəhbərliyi cə ictimaiyyət nümayəndələri əvvəlcə Şəhidlər xiyabanına gələrək, ölkəmizin bütövlüyü uğrunda şəhid olanların və soyqırımı qurbanlarının məzarlarını ziyarət etmiş, qəbirləri üzərinə gül-çiçək dəstələri düzmüşlər. Şəhidlərin ruhuna dualar oxunmuş, xatirələrini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyətinin başçısı açaraq, martın 31-i Azərbaycan xalqı üçün kədər və hüzn ilə qeyd olunan bir gün olduğunu bildirmiş, erməni millətçilərinin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətlərdən danışmışdır. Soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Prezident İlham Əliyevin məqsədyönlü fəaliyyəti yüksək qiymətləndirilmişdir.
  Rayon prokuroru İslam Qasımovun “31 mart - Azərbaycanlıların soyqırımı günüdür” mövzusunda məruzəsində xalqımıza qarşı əsrlər boyu davam edən soyqırımı siyasətinin mahiyyəti və tarixi kökləri barədə ətraflı məlumat verilmişdir.
Konfransda çıxış edənlər Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırrımı siyasətinin acı nəticələrindən danışmışlar.

Keçidlər