Şıxlar kəndininin sakinləri ilə görüş keçirilib
06 avqust 2019 | 16:00
06 avqust 2019-cu il tarixdə rayonun Şıxlar kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin növbəti səyyar qəbulu-görüşü keçirilmişdir.
Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olmuşdur. Müraciət kənd yoluna çınqıl tökülməsi üçün köməklik göstərilməsi ilə bağlı olmuşdur.
Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.