Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

17 APREL 2013-CÜ İL TARİXDƏ YAP QAX RAYON TƏŞKİLATI QADINLAR ŞURASININ HESABAT YIĞINCAĞI KEÇİRİLMİŞDİR

18 aprel 2013 | 15:00

 YAP Qax rayon təşkilatı Qadınlar Şurasının ötən dövr ərzində gördüyü işlərə dair hesabat məruzəsi ilə çıxış edən Şəkər Abdullayeva qeyd etdi ki, Azərbaycanda qadınlar tarixin hər bir dönəmində ağır, məsuliyyətli vəzifələrin yerinə yetirilməsindən çəkinməyiblər. Hətta elə qadınlarımız olub ki, onlar siyasi xadim kimi olduqca yüksək diplomatik qabiliyyətə malik olublar, qəhrəmanlıqları ilə tarixin yaddaşına həkk olublar. Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu müasir Azərbaycanın inkişafında da kişilərin və qadınların rolunun əhəmiyyətinin dərəcəsi kəskin fərqlənmir, hətta mən deyərdim ki, eynidir. Təbii ki, bu prosesdə qadınların rolunun artırılmasını təmin etmək üçün dövlət səviyyəsində çox mühüm tədbirlər həyata keçirilib və keçirilməkdə davam edir. Yeni Azərbaycan Partiyasının Qadınlar Şurası hakim siyasi partiyanın mübariz bir dəstəsidir. Heydər Əliyevin partiyasında Azərbaycan qadınlığının yüksək siyasi şüurlu və mübariz hissəsi toplanmışdır. YAP Qadınlar Şurası dövlətimizin və xalqımızın həyatında baş verən bütün taleyüklü proseslərdə yaxından iştirak edir. Elə YAP Qax rayon təşkilatının tərkibindəki 3651 nəfər partiya üzvünün 1910 nəfəri(52%) qadınlardır.
   YAP Qax rayon təşkilatının sədri Nizami Əhmədov çıxış edərək qeyd etdi ki, 2000-ci ilin martında Ulu Öndərimiz Heydər Əliyev tərəfindən dövlətimizin qadın siyasəti, bu sahəyə daha çox diqqət ayrılması ilə bağlı Fərman imzalandı. Bu Fərmanın imzalanmasında əsas məqsəd Azərbaycan qadınlarının ictimai-siyasi fəallığını artırmaq və onların dövlət strukturlarında, digər strukturlarda təmsilçiliyini daha yüksək səviyyədə təmin etməkdən ibarət idi.Ölkəmizdə gender bərabərliyi siyasəti olduqca uğurla davam edir. Bu uğurlar son bələdiyyə seçkilərində bir daha özünü qabarıq şəkildə göstərdi. Qadınların bələdiyyələrdə təmsilçiliyi 4 faizdən 27 faizə qədər artıb. Eləcə də Milli Məclisdə, idarəetmə orqanlarında qadınların təmsilçilik faizi artıb.
   Yığıncaqda söz alan YAP Qax rayon təşkilatı Qadınlar Şürasının üzvü Dilarə Əzizova, şəhər 5 saylı məktəb ərazi ilk partiya təşkilatının sədri Xatirə Süleymanova, YAP Qax rayon təşkilatının Şura üzvü Güllü Əhmədova qeyd etdilər ki, Azərbaycanın qadınları ölkədə gedən geniş quruculuq işlərində daha böyük fəallıq göstərir. Çünki ölkəmizin birinci xanımı və hörmətli prezidentimizin silahdaşı Mehriban xanım Əliyeva öz fəaliyyəti ilə qadın hərəkatını nəinki canlandırdı, onun tarixində yeni bir mərhələ açdı. Mehriban Əliyevanın fəaliyyəti ilə qadın hərəkatının forma və metodları müasirləşdi. Mehriban xanım bütün layihələrində həm zadəgan dəyərlərinin davamçısı, həm də birinci xeyriyyəçi kimi müqəddəs analığın xidmətindədir.
Vurğulandı ki, 2013-cü il Prezident seçkiləri ilidir. Bütün Azərbaycan qadınları kimi Qax qadınları da yenə də Azərbaycanın şanlı gələcəyi naminə cənab Prezident İlham Əliyevin arxasınca gedəcəklər.
  Sonda Abdullayeva Şəkər Məhəmməd qızı və İmamova Vəfa Surxay qızı Yeni Azərbaycan Partiyası Qadınlar Şurasının respublika konfransına nümayəndə seçildilər.

Keçidlər