Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

ULU ÖNDƏRİN 90 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ VELOSİPED YARIŞI KEÇİRİLMİŞDİR

28 aprel 2013 | 15:00

Aprelin 27-də Yeni Azərbaycan Partiyası (YAP) Qax rayon təşkilatının təşəbbüsü ilə Qax şəhərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr edilmiş velosiped idman növü üzrə rayon birinciliyi keçirilmişdir.

Yarış iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzində ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Şəhərin girişindən startı verilən yarış Heydər Əliyev Mərkəzinin qarşısındakı meydanda başa çatmışdır.

Finişə daha tez çatan ilk üç idmançı YAP Qax rayon təşkilatı tərəfindən diplom və medallarla mükafatlandırılmışlar. Yarışın qalibi Hacıxan Hacıyevə, eyni zamanda baş mükafat - velosiped təqdim olunmuşdur.

Keçidlər