Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 90 İLLİK YUBİLEYİ GENİŞ QEYD OLUNMUŞDUR

03 may 2013 | 15:00

Dahi şəxsiyyətin 90 illik yubileyi münasibətilə mayın 2-də rayon İcra Hakimiyyətinin akt zalında Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatı və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə elmi-praktik konfrans keçirilmişdir.

Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.

Konfransda “Heydər Əliyev və Azərbaycanda hüquqi islahatlar”, “Heydər Əliyev və Azərbaycanda aqrar sektorun inkişafı”, “Heydər Əliyev və gənclər siyasəti”, “Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz”, “Heydər Əliyev və Azərbaycanda turizmin inkişafı”, “Heydər Əliyev və Azərbaycanda ordu quruculuğu” mövzularında məruzələr dinlənilmiş, çıxışlar olmuşdur. Konfrans iştirakçıları xalqımızın görkəmli oğlu Heydər Əliyevin nəsillərə nümunə olan şərəfli ömür yolu barədə danışmış, dahi rəhbərin Vətən və xalq qarşısındakı tarixi xidmətlərindən, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsindəki müstəsna rolundan bəhs etmişlər.

Konfransın sonunda Ümummilli Liderin həyat və fəaliyyətindən bəhs edən film nümayiş etdirilmişdir.

Keçidlər