Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilir

16 may 2013 | 15:00

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 90-cı ildönümü ərəfəsində Qax rayonunun Almalı kəndində 75 yerlik körpələr evi-uşaq bağçası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir.
        Mərasimdə son illər rayonda məktəb və məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində ardıcıl iş aparıldığı, qeyd olunmuşdur. Bu uşaq müəssisəsi son illər rayonda əsaslı təmir olunan sayca üçüncü bağçadır. 1969-cu ildən fəaliyyət göstərən bağçada əsaslı təmir işləri rayonun yerli büdcə vəsaiti hesabına həyata keçirilmişdir.
        Mərasim iştirakçıları uşaq bağçasında yaradılan şəraitlə tanış olmuşlar. İki mərtəbəli, 12 otaqlı bağça binasında dörd qrup fəaliyyət göstərir.
         Bağça yeni mebel və avadanlıqla təchiz edilmişdir.

Keçidlər