Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

QAXDA İNSAN HÜQUQ VƏ AZADLIQLARININ MÜDAFİƏSI ÜZRƏ MİLLİ FƏALİYYƏT PROQRAMININ İCRA VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR

15 may 2013 | 15:00

  İnsan hüquqları üzrə müvəkkil (Ombudsman) Elmira Süleymanovanın iştirakı ilə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın icra vəziyyətinin öyrənilməsi məqsədi daşıyan növbəti ictimai dinləmələr mayın 14-də Qax rayonunda keçirilmişdir.
  Ombudsman Elmira Süleymanova, rayon icra hakimiyyəti aparatının, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
   Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarından irəli gələn vəzifələrin icrası ilə bağlı rayonda görülmüş işlər barədə məlumat verilmişdir.
  İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova ölkəmizdə Ombudsman institutunun təsis edilməsi, insan hüquqlarının müdafiəsi sahəsində görülən işlər, hüquq mühafizə orqanlarının və məhkəmələrin fəaliyyətinin müasir tələblərə uyğun qurulması, Milli Fəaliyyət Proqramında məhkəmə, prokurorluq və polis orqanlarının qarşısında qoyulmuş vəzifələrin icrası, vətəndaşların seçki hüququnun təmin olunması və digər məsələlər barədə danışmışdır.
   Rayonun hüquq mühafizə orqanlarının rəhbərləri və dairə seçki komissiyasının sədri Milli Fəaliyyət Proqramından irəli gələn vəzifələrin icrası ilə bağlı görülmüş işlər barədə məlumat vermişlər.
Sonda insan hüquqları üzrə müvəkkil tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirmişdir.

Keçidlər