Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Fizuli Ələkbərov Qax rayonunda vətəndaşları qəbul edib

18 may 2013 | 15:00

Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, mayın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Fizuli Ələkbərov respublikanın Qax rayonunda vətəndaşları qəbul edib.
     Qəbul zamanı bölgədə yerləşən rayonların (Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz, İsmayıllı) ümumilikdə 80 nəfərə yaxın sakininin «Açıq qapı» şəraitində müraciətləri dinlənilib, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılıb. Müraciət edən vətəndaşların bir qisminin qaldırdıqları məsələlər elə yerindəcə həllini tapıb.
     Həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik aztəminatlı ailələr də müəyyən olunaraq, onların aktiv sosial müdafiə tədbirlərinə cəlb edilməsi qərara alınıb. Nazir Fizuli Ələkbərov digər müraciətlərdə əksini tapan məsələlərin qısa vaxt ərzində araşdırılaraq obyektiv və ədalətli şəkildə həllini tapması barədə müvafiq struktur bölmələrinə göstəriş verib.
     Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər