Gənclər “bir-birimizi qoruyaq!” kampaniyasını davam etdirir
31 may 2020 | 16:00
Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qax nümayəndəliyinin könüllüləri tərəfindən "Bir-birimizi qoruyaq!" adlı kampaniya davam etdirilir. Kampaniya çərçivəsində gənclər “Dayanmadan çalışırıq”, “Məsafə saxla”, “Burada qaydalara riayət olunur” və digər şüarlar olan stiker-etiketləri bankomatlara, ödəmə terminallarına, restoran və marketlərin qarşısına, ictimai nəqliyyat vasitələrinin şüşələrinə yapışdırmışlar.
Həmçinin gənclər vətəndaşlar arasında da pandemiya ilə mübarizə istiqamətində maarifləndirmə işləri aparmış, qoruyucu vasitələrdən istifadənin sağlamlığımız üçün əhəmiyyətli olmasından söz açmışlar. Vətəndaşların əllərini dezinfeksiya etdikdən sonra onlara əlcək və tibbi maska paylanılmışdır.