Qaxda bu günədək 400 hektar sahədə tütün əkilib
01 iyun 2020 | 16:00
Bu il rayonunun təsərrüfatlarında 500 hektaradək sahədə tütün əkini proqnozlaşdırılır. Hazırda rayonda tütün əkini kampaniyası mütəşəkkil davam etdirilir. Fermerlər bu günədək 305 hektarı “Viciniya botaniki”, 95 hektarı yerli “İmmuniy” növlü olmaqla, 400 hektar sahəyə tütün şitilləri köçürüblər.
Hazırda tütün sahələrinə aqrotexniki qulluq olunur, becərmə işləri aparılır, gübrə verilir, suvarılır.
Həmçinin təsərrüfatlarda dən üçün qarğıdalı səpini isə artıq yekunlaşmaq üzrədir. Fermerlər bu günədək 1720 hektar sahəyə qarğıdalı səpiblər. Cari mövsümdə rayonda 1750 hektarda qarğıdalı əkilməsi nəzərdə tutulur.