Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş kitab bayramı keçirilmişdir

22 may 2013 | 15:00

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 21-də Qax şəhərində “Kitab tarixin canlı salnaməsidir” mövzusunda kitab bayramı keçirilmişdir.
           Rayon rəhbərliyinin, ziyalıların, kitabsevərlərin iştirak etdiyi tədbirdə çıxış edənlər bilik mənbəyi olan kitabın geniş təbliğ olunmasında belə tədbirlərin əhəmiyyətini xüsusi vurğulamışlar. Qeyd olunmuşdur ki, kitabxanalar xalqımızın milli sərvətidir. Bu sərvətin saxlanılmasında, nəsildən nəslə çatdırılmasında, cəmiyyətin intellektual və mənəvi potensialının artırılmasında bu bilik mənbələri əvəzsiz rol oynayır.
Bildirilmişdir ki, 48 filialı özündə birləşdirən Qax Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) fondlarında hazırda 319 min kitab vardır. Onlardan 67 mini latın qrafikası ilə çap olunmuşdur. Fondda olan latın qrafikalı kitabların hamısı elektron kataloqun yaddaşına köçürülmüşdür.
Sonra bayram iştirakçıları rayon MKS tərəfindən təşkil edilmiş kitab sərgilərinə baxmışlar. “Heydər Əliyev Azərbaycan mədəniyyətinin hamisidir”, “Qaxımız ziyalılar yurdudur”, “Milli mənəvi dəyərlərimizi yaşadan kitablar”, “Klassiklərimiz” və digər mövzularda kitab sərgiləri iştirakçıların böyük marağına səbəb olmuşdur.
             Tədbir iştirakçıları mərkəzi kitabxananın fəal oxucularının ifasında Ulu Öndərə həsr olunmuş şeirləri dinləmiş, rayon uşaq incəsənət məktəbinin rəqs kollektivinin şux və oynaq rəqslərini izləmişlər.
Bayram tədbirinin sonunda ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi münasibətilə keçirilən bədii qiraət müsabiqəsinin qaliblərinə mükafatlar təqdim olunmuşdur.

Keçidlər