Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Bu gün 2019-2020-ci tədris ilinin yekunu- “Son zəng” günüdür

12 iyun 2020 | 16:00

Son dövrdə bütün dünyanı bürüyən COVID-19 pandemiyası başqa ölkələrdə olduğu kimi ölkəmizdə də bəzi məhdudiyyətlərə səbəb oldu. Mart ayının əvvəlindən ölkə ərazisində  xüsusi karantin rejiminin tətbiqi ilə rayonumuzda da bir çox sahələrlə yanaşı ümumtəhsil müəssisələrinin fəaliyyəti də dayandırıldı. Bu tədbirlərin görülməsi ölkə vətəndaşlarının, xüsusən də gənc nəslin sağlamlığının qorunması istiqamətində dövlətimizin atdığı vacib addımlardan biri idi.
      Tədris ilinin ikinci yarımilindən şagirdlər və müəllimlər öz doğma məktəblərindən ayrı düşsələr də, Təhsil Nazirliyinin başlatdığı  “Evdə qal, dərsdən qalma” layihəsinə qoşularaq dərslərini virtual olaraq davam etdirdilər. 
    Təəsüf ki, Pandemiya səbəbindən “Son zəng” mərasimi də əvvəlki illərdən fərqli keçirildi, məzunlar virtual “Son zəng” ilə təhsil ilini başa vurdular.
     Qax rayon İcra Hakimiyyəti tədris ilinin başa çatması münasibəti ilə  rayonumuzun ümutəhsil müəssisələrini bitirmiş bütün abituriyentləri təbrik edir, qarşıdan gələn buraxılış və qəbul imtahanlarında müvəffəqiyyətlər arzulayır, gələcək müstəqil həyatlarında uğurlar diləyir.

Keçidlər