Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda ifaçılıq üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir

21 may 2013 | 15:00

Qax şəhərində ümumtəhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri arasında 28 May-Respublika Gününə həsr olunmuş ifaçılıq üzrə respublika müsabiqəsinin zona mərhələsi keçirilmişdir.
Təhsil nazirinin müvafiq əmrinə əsasən keçirilən bu müsabiqə təhsil müəssisələrində Azərbaycan bəstəkarlarının vətənpərvərlik və qəhrəmanlıq mövzularında yazılmış əsərlərinin öyrənilməsi işini daha da yaxşılaşdırmaq, şagirdlərə ifaçılıq qabiliyyətlərinin üzə çıxarılmasında dəstək verməkdir.
Rayon mədəniyyət evində keçirilən zona baxışında Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı və Ağsu rayonlarından gəlmiş iştirakçılar xalq çalğı alətlərində ifa, mahnı ifaçılığı, şeir və rəqs nominasiyaları üzrə öz qabiliyyətlərini nümayiş etdirmişlər.
İştirakçıların çıxışları münsiflər heyətinin üzvləri tərəfindən qiymətləndirilmişdir. Hər nominasiya üzrə ilk iki yeri tutan ifaçılar müsabiqənin final mərhələsində iştirak etmək hüququ qazanmışlar.

Keçidlər