Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda “Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət zona sərgisi açılmışdır

22 may 2013 | 15:00

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə mayın 21-də Qax rayon Dövlət Rəsm Qalereyasında “Xalı və xalçaçılıq” üzrə sənətkarların əl işlərindən ibarət zona sərgisi açılmışdır.
Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və rayon mədəniyyət və turizm şöbəsinin birgə təşkil etdikləri sərgidə Şəki-Zaqatala bölgəsi və ətraf rayonların sənətkarlarının 60-a yaxın əl işi nümayiş etdirilmişdir.
Sərginin açılış mərasimində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin şöbə müdiri Rafiq Quliyev bildirmişdir ki, Ulu Öndərin 90 illik yubileyinə həsr olunmuş bu sərgi bölgələrdə ilk olaraq Qax rayonunda keçirilir. Regionlardan sonra Bakı şəhərində respublika sərgisi təşkil olunacaqdır. Bu sərginin daha sonra Belarus Respublikasının paytaxtı Minsk şəhərində də keçirilməsi planlaşdırılır.
Qeyd olunmuşdur ki, sərginin keçirilməsində əsas məqsəd mədəni irsimizə aid, lakin itib batmaqda olan, unudulan xalı və xalçaçılıq nümunələrini üzə çıxarmaq, bu əl işlərinin daha geniş təbliği, sənətkarlıq nümunələrinin məhz Azərbaycan xalqına məxsusluğunu bir daha sübuta yetirməkdir.
Daha sonra sərgiyə baxış olmuşdur. Sərgidə nümayiş etdirilən əl işləri - xalça, kilim, heybə, xurcun, corab və digər sənətkarlıq nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanmışdır. Ən yaxşı əl işləri respublika sərgisində nümayiş etdiriləcəkdir.

Keçidlər