Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Gənclər pandemiyaya qarşı mübarizə tədbirlərini davam etdirirlər

29 iyun 2020 | 16:00

        Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) başlatdığı “Bir-birimizi qoruyaq!” kampaniyasına qoşulan rayonumuzun gənc könüllüləri sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirir, onlara koronavirus pandemiyasına qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayırlar.
        İyunun 29-da keçirilən növbəti aksiya zamanı gənclər koronavirusdan qorunmaq məqsədilə hazırlanan və üzərində “Burada qaydalara əməl olunur”, “Nümunəvi obyekt”, “Aralı əyləşin, sağlam olun”, “Məsafə saxla”, “Bir-birimizi qoruyaq”, “Sağlamlıq məsafəsi saxlayın” və digər təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, ticarət və iaşə obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, şəxsi avtomobillərə yapışdırıblar.

Keçidlər