Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda qəbul imtahanları pandemiya dövrünün tələblərinə uyğun aparılıb

10 iyul 2020 | 16:00

        Dövlət İmtahan Mərkəzinin (DİM) iyulun 10-da əvvəlki illərin məzunları üçün ali və orta ixtisas təhsil müəssisələrinə keçirdiyi qəbul imtahanları başa çatıb.
          İmtahanın keçirilməsi şəhər 2 saylı tam orta məktəbdə təşkil olunub.
         Əvvəlki illərin məzunları üçün keçirilən qəbul imtahanında  məzunların rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılıb. İmtahan prosesi pandemiya dövrünün tələblərinə uyğun şəkildə təşkil olunmaqla, imtahan binalarında əvvəlcədən zəruri profilaktik tədbirlər görülüb. Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilməklə, binaya daxil olan iştirakçıların hərarətləri məsafədən ölçən elektron termometrlə yoxlanılıb. İştirakçılar bütün proses boyu tibbi maskadan istifadə ediblər. İmtahan otaqlarında iştirakçıların sayı sosial məsafə prinsiplərinə uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə təmin olunub.
        85 məzunun iştirak etdiyi imtahanın idarə olunmasına bir rəhbər və 9 nəzarətçi-müəllim cəlb olunmuş, qəbul imtahanı Azərbaycan və rus bölmələri üzrə aparılmışdır.
Rayon İcra Hakimiyyəti bütün abituriyentlərə qəbul imtahanlarında uğurlar arzulayır.

Keçidlər