Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

QAXDA MİLLİ QURTULUŞ GÜNÜ QEYD OLUNMUŞDUR

16 iyun 2013 | 15:00

 

        Milli Qurtuluş Günü münasibətilə Qaxda ümumrayon tədbiri keçirilmişdir. Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
        Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların, gənclərin iştirak etdiyi tədbirdə “15 iyun- tariximizin parlaq səhifəsidir” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə ötən əsrin 90-cı illərinin əvvəllərində respublikamızın ictimai-siyasi həyatında baş vermiş hadisələr bir daha xatırlanmış, hakimiyyətdə olan səriştəsiz rəhbərlərin şəxsi ambisiyaları ucbatından ölkədə xaos, böhran və özbaşınalığın yarandığı, Azərbaycanın parçalanmaq təhlükəsi ilə üzləşdiyi qeyd olunmuşdur. Bildirilmişdir ki, həmin dövrdə iqtidarda olanların səriştəsiz və xəyanətkar əməllərinin məntiqi nəticəsi olaraq hakimiyyət böhranı son həddə çatmış, ölkəni anarxiya bürümüş, vətəndaş müharibəsi təhlükəsi, müstəqilliyimizin itirilməsi qorxusu yaranmışdı. Belə bir məqamda xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyevin Bakıya gəlişi və hakimiyyətə qayıdışı müstəqilliyimizin yenidən itirilmək təhlükəsinə birdəfəlik son qoymuşdur.
        Çıxış edənlər Ulu Öndərin bizlərə ərməğan etdiyi müstəqil Azərbaycanın bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf etdiyini, ölkəmizin günü-gündən çiçəkləndiyini, dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirdiyini xüsusi vurğulamışlar.
Tədbir İçəri Bazar Mədəniyyət və Turizm Mərkəzində konsert proqramı ilə davam etdirilmişdir.

Keçidlər