Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Dövlət qulluqçularının peşə bayramı qeyd edilmişdir.

25 iyun 2013 | 15:00

Dövlət qulluqçularının peşə bayramı günü münasibətilə Qax Rayon İcra Hakimiyyətinin Akt zalında yığıncaq keçirilmişdir.
Yığıncaq iştirakçıları əvvəlcə şəhərin Mərkəzi meydanında ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzmüş, dahi rəhbərə sonsuz ehtiramlarını bildirmişlər.
Tədbiri Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etmiş, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dövlət qulluğu sahəsində çalışanların fəaliyyətini daim yüksək qiymətləndirdiyini minnətdarlıq hissi ilə qeyd etmişdir.
Çıxış edənlər dövlət qulluğunda çalışanların rayonun ictimai-siyasi, iqtisadi, sosial və mədəni həyatında fəal mövqe tutduqlarını vurğulamışlar.
Tədbirin sonunda dövlət qulluğunda fərqlənənlərə Rayon İcra Hakimiyyətinin və Rayon Həmkarlar İttifaqının Fəxri Fərmanları təqdim edilmişdir.

Keçidlər