Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

“Azerbaijan ART Festival - 2013” layihəsi çərçivəsində Qaxda səyyar sərgi açılmışdır

28 iyun 2013 | 15:00

“Baku Creative Center”in “Azerbaijan ART Festival - 2013” layihəsi çərçivəsində iyunun 27-də Qax Rayon Dövlət Rəsm Qalereyasında “Paytaxtdan bölgələrə” mövzusunda səyyar sərgi açılmışdır.
Mərasimdə rayon mədəniyyət və turizm şöbəsinin müdiri Nəzir Omarov və layihənin əlaqələndiricisi Fərəh Ələkbərli layihə barədə məlumat vermişlər.
Bildirilmişdir ki, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə reallaşdırılan layihənin əsas məqsədi səyyar sərgilər və ustad dərsləri vasitəsilə regionlarda təsviri sənətə marağı daha da artırmaq, bu sahəni inkişaf etdirmək, yaradıcı gəncləri aşkara çıxarmaq və onlara dəstək verməkdir.
Qeyd olunmuşdur ki, bu sərgi layihə çərçivəsində indiyədək regionlarda açılan sayca yeddincidir. İsmayıllı, Xaçmaz, Sumqayıt və Bakıda da belə sərgilər təşkil olunacaqdır.
Sonra sərgiyə baxılmışdır.
Ekspozisiyada 17 rəssamın 40-a yaxın rəngkarlıq, qrafika və heykəltəraşlıq əsərləri nümayiş etdirilir. Tədbir çərçivəsində qalereyada yerli gənc rəssamlar üçün ustad dərsləri də təşkil olunmuşdur.
Səyyar sərgi 3 gün davam edəcəkdir.

Keçidlər