Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

27 sentyabr tarixində Ermənistanın hərbi təxribatlarına cavab olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib.

28 sentyabr 2020 | 16:00

Müraciətdə Ali Baş Komandan, cənab Prezident İlham Əliyev  bildirib ki, Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Milli ordumuzun çevikliyi və peşəkarlığını xüsusi vurğulayan Ali Baş Komandan ordumuzun şəxsi heyəti və tank bölmələri tərəfindən raket-artilleriya qoşunları bölmələrinin, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsinin, hərbi obyektləri, döyüş texnikasının aşkar edildiyi və onların hərəkət trayektoriyasına nəzarət edildiyini qeyd etdi. 
         “Azərbaycan hökuməti və Milli Ordunu təxribatlara uymamağa çağırıram. Qoşunlarımızın sürətli əks-hücum əməliyyatı davam edir. Bu səbəbdən əhali hadisələri izləməli və təxribat xarakterli məlumatların qarşısının alınmasında fəal iştirak etməlidir”- deyən  dövlət başçısı 27 sentyabr tarixində cəbhə boyu baş verən hadisələrə görə bilavasitə Ermənistan hökumətinin məsuliyyət daşıdığını, Ermənistanın Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi atəşə tutduğunu bildirdi. Həmçinin Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.
Xalqa müraciətində Azərbaycanın məsuliyyətli ölkə olduğunu, Milli Ordumuzun mülki əhalini atəşə tutmadığını bir daha nəzərə çatdıran cənab Prezident  27 sentyabr tarixində baş vermiş hadisələrin bunu bir daha  sübut etdiyini bildirdi. 
Cənab Prezident onu da qeyd etdi ki: “27 sentyabr hadisələri Ermənistanın yeni işğal siyasətinin təzahürüdür. Bu yeni siyasət danışıqlar prosesinin pozulması, status-kvonun təsdiqi, yeni təxribatların yaradılması və Ermənistanda yaradılmış sosial fəlakətin gizlədilməsinə xidmət edir. Ermənistanda rasizm siyasəti yürüdülür. Erməni hökuməti öz dövlətində Azərbaycanın düşmən obrazının formalaşmasına xidmət edən məqsədyönlü addımlar atır.
Danışıqların pozulmasının ermənilərin əsas hədəflərindən olduğunu, açıq danışıqlardan qaçan erməni hökumətinin münaqişə boyunca müxtəlif hadisələr yaratmaqla əsaslı əngəllər formalaşdırdığını, erməni təxribatlarının sistemli xarakter daşıdığını dilə gətirən Ali Baş Komandan  iyul, avqust və sentyabr aylarında baş vermiş rəsmi Yerevanın hərbi təxribatlarının regiona təhlükə yaradaraq Azərbaycanı hərbi qüvvədən istifadə etməyə təhrik etdiyini nəzərə çatdırdı.
Cənab Prezident xalqa müraciətində vurğuladı ki: “Təxribatlar təkcə cəbhədə yox, Yerevanın siyasi bəyanatlarında da öz əksini tapır. Ermənistanın daxili auditoriyasına xidmət edən məsuliyyətsiz bəyanatlar danışıqlar prosesinə ciddi zərbədir. Bu danılmaz fakt təkcə bizi yox, bütün beynəlxalq ictimaiyyəti düşündürməlidir. Danışıqlar prosesinin aqibətini şübhə altına qoyan rəsmi Yerevan etibarsız və məsuliyyətsiz ölkədir. Danışıqlardan  və münaqişənin sülhlə həlli yolundan qaçan Ermənistandır. Bütün təxribatlar və bəyanatlar bilavasitə ona dəlalət edir ki, Ermənistan danışıqlar formatını dəyişdirmək, bununla da bütün sülh prosesini və əldə olunan nailiyyətləri sıfırlamaq istəyir”.
“Təxribatlar Yerevanın rəsmi siyasətidir” -deyən dövlət başçısı  Ermənistanın tarixinin falsifikasiya və müxtəlif təxribatlar üzərində qurulduğunu və könüllü hərbi birləşmələrin yaradılmasının məhz həmin siyasətin davamı olduğunu bildirdi: “Qanunsuz məskunlaşma siyasəti regiona təhdid yaradan siyasətdir. Ermənilərin müxtəlif yollar ilə digər ölkələrdə yaşayan erməni mənşəli əhalinin Qarabağa gətirilməsi regionun gələcəyini sual altına qoyur. İkili siyasət davam edir. 30 ilə yaxın bir dövrdə beynəlxalq qətnamələr kağız üzərində qalıbdır”.
Xalqa müraciətinin sonunda Ali Baş Komandan, cənab Prezident İlham Əliyev bildirib: “Azərbaycan haqq yolundadır. Ermənistan işğalçıdır, Azərbaycan isə tarixi ədalətin bərpası uğrunda mübarizə aparır. Bütün dünya bilir ki, Qarabağ Azərbaycandır, bu fakt həqiqətdir və xalq bu həqiqət uğrunda mübarizə aparmağa hazırdır”.

Keçidlər