Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Yeni Azərbaycan Partiyasının yerli fəalları ilə görüş keçirilmişdir

14 iyul 2013 | 15:00

  Yeni Azərbaycan Partiyasının (YAP) Sədr müavini-icra katibi Əli Əhmədov iyulun 13-də partiyanın Qax rayon təşkilatının fəalları ilə görüşüb. Konfransda YAP Sədrinin müavini ilə yanaşı rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev və partiya fəalları iştirak edib.
          Tədbiri giriş sözü ilə açan YAP-ın Qax rayon təşkilatının sədri Nizami Əhmədov 70 ərazi ilk partiya təşkilatında 3753 üzvün olduğunu, onlardan da 1625-nin gənclər və 1982 nəfərinin qadınlar olduğunu diqqətə çatdırıb, rayon təşkilatının fəaliyyətindən danışıb. Bildirib ki, təkcə son 6 ay ərzində 108 nəfər YAP sıralarına daxil olmaq üçün müraciət edib.
       Görüşdə YAP-ın Sədr müavini-icra katibi Əli Əhmədov çıxış edərək bildirib ki, ölkədə gedən abadlıq, quruculuq işləri, insanların sosial rifah halının günü-gündən yaxşılaşması, siyasi sabitliyin qorunub saxlanması Prezident İlham Əliyevin yürütdüyü siyasətin əsasını təşkil edir. Məhz bu əsaslar xalqın növbəti seçkilərdə də vahid namizədə - İlham Əliyevə səs verəcəyinə inam yaradır.
           Tədbirdə çıxış edən YAP Qax rayon fəalları son illər ölkədə aparılan uğurlu siyasətdən söhbət açıblar. Qeyd ediblər ki, qarşıdan gələn prezident seçkilərində də YAP rayon təşkilatı təbliğat-təşviqat kompaniyasında fəal iştirak edəcək.
          Sonda çıxış edən Qax RİH-nin başçısı Musa Şəkiliyev ölkə prezidentinin bölgələrin inkişafını daim diqqət mərkəzində saxladığını bildirib. Bu siyasətin bariz nümunəsi kimi son 10 ildə rayonda aparılan abadlıq, quruculuq işlərini diqqətə çatdırıb.

Keçidlər