Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qax rayonunda bu ilin birinci yarısında əsas kapitala yönəldilən investisiyaların həcmi 3 dəfə artmışdır

26 iyul 2013 | 15:00

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn vəzifələr və ilin birinci yarısında rayonda görülmüş işlər iyulun 25-də Qax Rayon İcra Hakimiyyətində keçirilən şura iclasında geniş müzakirə olunmuşdur.
        AzərTAc xəbər verir ki, hesabat məruzəsində qeyd olunmuşdur ki, 2013-cü ilin birinci yarısında rayonda 73 milyon 496 min manatlıq məhsul istehsal olunmuş və xidmətlər göstərilmişdir. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,7 dəfə çoxdur. Birinci yarımillikdə rayonda 2 milyon 576 min manatlıq sənaye, 14 milyon 919 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunmuşdur. Əsas kapitala yönəldilən investisiyaların həcmi ötən ilin müvafiq dövrünə nisbətən 3 dəfə artaraq 41 milyon 706 min manat təşkil etmişdir. İlin birinci yarısında rayonda 225 daimi iş yeri açılmışdır.
Qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılan vəsait hesabına yenidən tikilən Alatəmir-Marsan-Tasmalı-Zəyəm-Lələli avtomobil yolunun 8 kilometrlik hissəsində asfalt-beton örtüyünün salınmasına başlanmışdır. Bundan əlavə, hesabat dövründə Əlibəyli kəndinin giriş hissəsinə 4,5, Ləkit kəndinin giriş hissəsinə isə 1 kilometr uzunluğunda asfalt-beton örtük salınmışdır. Hazırda şəhərin Heydər Əliyev prospektində əsaslı təmir işləri davam etdirilir.
Hesabat dövründə Qax şəhərinin, Qaxbaş və Qaxingiloy kəndlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə işlər davam etdirilmiş, suqəbuledici qurğular kompleksinə daxil olan sutoplayıcı və təzyiq nizamlayıcı qurğuların tikintisi başa çatdırılmışdır.
Məruzədə həmçinin, 2012-ci ilin mayında baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edilmiş, indiyədək 8 məktəb binasının tikilib istifadəyə verildiyi, qəzalı vəziyyətə düşmüş 548 fərdi evin sökülərək yenidən tikildiyi, 417 evin tikintisinin artıq başa çatdırılaraq sakinlərə təhvil verildiyi, 131 evin tikintisinin isə davam etdirildiyi diqqətə çatdırılmışdır.
Şura iclasında birinci yarımillikdə əhalinin təbii qaz, elektrik enerjisi, içməli su, rabitə və digər xidmətlərlə təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər müzakirə edilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.
        Məruzə ətrafında çıxışlar olmuşdur.

Keçidlər