Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Müəllimlər Günü qeyd olundu

06 oktyabr 2021 | 16:00

        Hər il olduğu kimi bu il də respublikamızın hər yerində, o cümlədən rayonumuzda da 5 oktyabr- Beynəlxalq Müəllimlər gününə həsr olunmuş rayon tədbiri keçirilmişdir.
        Tədbir iştirakçıları əvvəlcə ümummili lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılan abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Daha sonra tədbir rayon İcra Hakimiyyətinin akt zalında davam etmişdir. 
        Tədbiri giriş sözü ilə açan  Rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev müəllimləri peşə bayramı münasibətilə təbrik etmiş, onlara bu müqəddəs və şərəfli yolda uğurlar arzulamışdır. Həmçinin rayon rəhbəri çıxışında əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan təhsil siyasətinin bu gün möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, ölkədə təhsilə göstərilən dövlət qayğısı nəticəsində rayonumuzda da yeni məktəb binalarının tikilməsi və əsaslı təmir olunmasından, Heydər Əliyev Fondu tərəfindən təhsilin inkişafı istiqamətində həyata keçirilən iri miqyaslı layihələrdən söz açmışdır. Vurğulamışdır ki, 2020-2021-ci il bütün bəşəriyyət üçün, o cümlədən Azərbaycan üçün pandemiya ilə əlaqədar çox çətin dövr, ağır sınaqlar ili olsa da, Azərbaycan tarixində şanlı, qızıl hərflərlə yazılan tarixi səhifə oldu. 44 gün davam edən Vətən Müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Şanlı Azərbaycan Ordusu işğalçı Ermənistanı məğlubiyyətə uğradaraq uzun illər işğal altında olan torpaqlarımızı azad etdi. 
        Daha sonra tədbirdə çıxış edənlər rayonun təhsil işçilərini bu əlamətdar gün münasibətilə təbrik etmiş, təhsilə göstərilən diqqət və qayğıya görə ölkə prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirmişlər.
        Sonda bir qrup təhsil işçisinə rayon İcra Hakimiyyətinin Fəxri fərmanı və qiymətli hədiyyələri təqdim olunmuşdur.
        Sevindirici haldır ki, cənab Prezident İlham Əliyevin  5 oktyabr- Beynəlxalq Müəllimlər Günü ilə əlaqədar imzaladığı  Sərəncamlara əsasən rayonumuzun müəllimləri də mükafatlandırılıb. Belə ki, Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə  şəhər 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Nazlı İsmayılova “Əməkdar müəllim” fəxri adına layiq görülmüş, şəhər 4 nömrəli tam orta məktəbin Tarix müəllimi  Şükufə Muradova isə “Tərəqqi” medalı ilə  təltif olunmuşdur.

 

Keçidlər