Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda tərəvəz və kartof yığımı başa çatıb

15 oktyabr 2021 | 16:00

  Rayonun torpaq mülkiyyətçiləri builki mövsümdə 336 hektar sahədə tərəvəz yetişdirmişlər. Təsərrüfatlarda tərəvəz məhsullarının yığımı artıq başa çatmışdır. Fermerlər bu il 2725,1 ton tərəvəz istehsal etmişlər. Tərəvəzçilikdə məhsul istehsalı ötən illə müqayisədə 142,6 ton artmışdır. Hər hektarın orta məhsuldarlığı 81 sentner olmuşdur.
   Rayonda kartof yığımı da başa çatmışdır. Torpaq mülkiyyətçiləri cari ildə 319 hektar kartof sahəsindən 3011,8 ton məhsul əldə etmişlər. Hər hektardan orta hesabla 94,4 sentner kartof tədarük olunmuşdur.
   Hazırda təsərrüfatlarda dən üçün qarğıdalı, tütün, paxlalı bitkilər və meyvə yığımı davam edir.

 

 

Keçidlər