Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhid Əlizadə Qorxmazın xatirəsi anılıb

18 oktyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də  rayonun  Cəlayir  kəndindən  olan  Əlizadə  Qorxmaz  Arif  oğludur. Oktyabrın 17-si şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olmuşdur.
   Əlizadə  Qorxmazın  şəhidlik zirvəsinə yüksəlməyinin bir illiyi ilə əlaqədar rayon rəhbərliyi, hüququ mühafizə orqanlarının, ictimayətin nümayəndələri  onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
Anım mərasimində 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.
     Qorxmaz Əlizadə 2017-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başlayıb. 2019-cu ildə Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissədə xidmətini başa vurub və təyinat əsasında Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib.2020-ci il iyunun 26-da "baş leytenant" hərbi rütbəsi almışdır.
Azərbaycan Ordusunun baş leytenantı olan Qorxmaz Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşmışdır.
    Oktyabrın 17-də Füzuli rayonu  istiqamətində gedən döyüşlərdə  şəhidlik  zirvəsinə  ucalmışdır.
    Qorxmaz  Əlizadə Döyüşlərdə göstərdiyi igidliyə görə, o, ölümündən sonra  “Vətən  uğrunda, Fizulinin azad olunması  və  Xocavəndin  azad  olunması  uğrunda  medalları  ilə  təltif  olunub.

 

 

 

 

Keçidlər