Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhid Təbriz Əliyevin xatirəsi yad edilib

19 oktyabr 2021 | 16:00

Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından biri də Təbriz Əliyevdir. Oktyabrın 19-u şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olur.
   Təbriz Əliyevin şəhidlik zirvəsinə yüksəlməyinin bir illiyi ilə əlaqədar rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyətin nümayəndələri onun məzarını ziyarət edərək üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
   Anım mərasimində 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açılıb, zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışılıb.
   Əliyev Təbriz Tofiq oğlu 2001-ci il avqustun 20-də Qax şəhərində anadan olub. Vətən müharibəsi başlanana qədər Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət edib. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Əliyev Təbriz Suqovuşanın azad edilməsi uğrunda gedən döyüşlərdə şəhid olub. Döyüşlərdə göstərdiyi igidliyə görə, o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

Keçidlər