Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Şəhid Nəzir Osmanovun xatirəsi yad edilib

01 noyabr 2021 | 16:00

   Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalan qəhrəman Vətən oğullarından  biri  də Osmanov Nəzir Rahib oğludur. Noyabrın 1-də   şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olmuşdur.
      Anım mərasimində rayon rəhbərliyi, hüquq-mühafizə orqanları və ictimaiyyətin nümayəndələri  Nəzir Osmanovun məzarını ziyarət etmiş , xatirəsini ehtiramla yad edərək  ruhuna dualar oxumuşlar.
     Şəhid  Osmanov Nəzir Rahib oğlu  1998-ci  ildə  Qax  rayonunun Qıpçaq kəndində  anadan  olmuşdur. O, noyabrın 1-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır.
      Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Nəzir Osmanov ölümündən sonra "Vətən uğrunda" , "Şuşanın azad olunmasına görə" , "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
     Allah bütün şəhidlərimizə rəhmət eləsin

Keçidlər