Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Səyyar “Asan xidmət” rayonumuzdadır

03 noyabr 2021 | 16:00

  “ASAN   xidmət” in  müasir texnoloji  avadanlıqla  təchiz edilmiş, irihəcmli  xüsusi avtobusu 28 oktyabr 2021-c i il tarixdən başlayaraq rayonda sakinlərə səyyar xidmət göstərir.
       Rayon sakinləri  xüsusi karantin rejiminin tələblərinə əməl etməklə əvvəlcə məlumat bürosundan növbə almalıdırlar. Daha sonra növbə əsasında avtobusa daxil olaraq müraciətlərini edə bilərlər. “Asan xidmət” sakinlərə   bank xidmətləri, daşınmaz əmlakın təsvirinə,dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyesterindən arayışın verilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların verilməsi, yaşayış evlərinin (fərdi) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına  alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, əmək  pensiyalarının  təyin  olunması,  ümumvətəndaş pasportalarının verilməsi və dəyişdirilməsi, şəxsiyyət  vəsiqələrinin verilməsi və dəyişdirilməsi, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, notariat fəaliyyəti  və  digər xidmətlər göstərir. “ASAN xidmət”in səyyar avtobusu rayonda 19 mart 2021-ci il tarixədək   xidmət göstərəcəkdir.

İş saatı:10:00-18:00
Nahar fasiləsi:14:00-15:00
İstirahət: Şənbə və  Bazar  günləri
 

Keçidlər