Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhid Nicat Mənəfovun xatirəsi yad edilib

04 noyabr 2021 | 16:00

  Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə başlanan Vətən müharibəsində torpaqlarımızın düşməndən təmizlənməsi naminə döyüşlərdə canından keçən igid oğullarımızdan biridə  Nicat Mənəfovdur.
  Bu gün  şəhidin şəhadətə yüksəlməsinin bir ili tamam olmuşdur.  Bu münasibətlə rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının, idarə müəssisə, təşkilatların rəhbərləri şəhidin məzarını ziyarət etmişlər. Şəhidin  məzarı üzərinə gül dəstələri qoyularaq xatirəsi anılmış, ruhuna dualar oxunmuşdur. Şəhidin  ailə üzvləri dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
  Şəhid  Nicat  Mənəfov 18 yanvar 2001-ci il tarixdə rayonun Qaradolaq kədnində doğulmuşdur. O, noyabrın 4-də Şuşa döyüşləri zamanı şəhidlik zirvəsinə ucalmışdır. 
   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan Nicat Mənəfov ölümündən sonra "Vətən uğrunda”,   “Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, medalı ilə təltif edilmişdir.

     Allah bütün şəhidlərimizə rəhmət eləsin

Keçidlər