Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar tədbirlər davam etdirilir.

05 noyabr 2021 | 16:00

  44 gün davam edən Vətən Müharibəsində qələbənin əldə olunmasından 1 il ötür.  
     Vətən müharibəsinin birinci ildönümünün keçirilməsi ilə əlaqədar respublikanın Tədbirlər Planına  uyğun olaraq rayon İcra Hakimiyyəti tərəfindən rayon üzrə Tədbirlər Planı hazırlanmışdır. Tədbirlər Planına uyğun olaraq rayonda silsilə tədbirlər keçirilməkdədir.
       Rayonun Heydər Əliyev Mərkəzində “Hərbi Qənimətlər Parkı”na virtual ekskursiyalara start verilmişdir. Videoformat şəklində baş tutan turda məktəblilərə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu tərəfindən məğlubiyyətə uğrayan düşmən ordusunun hərbi texnikaları, ermənilərin qoyub qaçdıqları atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar nümayiş etdirilir.
      “Tariximizi öyrənək” adı altında rayon Tarix-Diyarşünaslıq Muzeyinə təşkil olunan ekskursiyalar zamanı məktəblilərə rayonumuzun tarixi abidələri haqqında və ekspozisiyalarda sərgilənən eksponatlar barədə ətraflı məlumatlar verilir, məktəblilərin nümunələrlə bağlı sualları cavablandırılır. Muzeydə həmçinin məktəblilər Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə ilə tanış olur, onlara şəhidlərin keçdiyi şanlı döyüş yolu haqqında məlumat verilir.
       Rayon Təhsil Şöbəsi tərəfindən məktəblilər arasında 8 Noyabr - Zəfər Gününə həsr olunmuş "Zəfər yolu" adlı inşa yazı,  “Zəfər dastanı” adlı bədii qiraət və mahnı müsabiqələri, həmçinin təhsil müəssisələrində Vətən Müharibəsi iştirakçıları ilə görüşlərin təşkili davam etdirilir.
       8 Noyabr -  Zəfər Günü ilə əlaqədar rayonda fəaliyyət göstərən mədəniyyət, təhsil, məktəbəqədər təhsil və digər müəssisələr tərəfindən “Keçən günlər müqəddəs bir xatirədir” adı altında şəhidlərin mülki həyatda olan fotolarından ibarət sərgilər təşkil edilmiş, fotoalbomlar hazırlanmışdır.
       Yeniyetmə və gənclər arasında Zəfər Gününə həsr olunmuş “Xəmsə” milli intellektual oyunu keçirilmiş, “Yüngül Otletika” və mini futbol oyunlarının keçirilməsi davam etdirilir. Həmçinin bir qrup qazi və fəal gəncin rayondan “Hərbi Qənimətlər Parkı”na ekskursiyası təşkil edilmişdir.
        Tədbirlər Planına uyğun olaraq Zəfər Günü münasibətilə  8 noyabr 2021-ci il tarixdə rayon ərazisində ağacəkmə aksiyası və təntənəli ümumrayon tədbiri keçiriləcək, atəşfəşanlıq təşkil ediləcəkdir.

Keçidlər