Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

8 Noyabr- Zəfər Günü münasibəti ilə rayonda silsilə tədbirlər keçirilmişdir.

07 noyabr 2023 | 17:49

      Xalqımız 30 ilə yaxın gözlədiyi Qələbənin sevincini yaşayır. Üç ildir bayramlarımız sırasına daha bir möhtəşəm tarixi gün əlavə olunub – 8 Noyabr -Zəfər Günü. Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan zəfərimiz dövlətimizin və xalqımızın yenilməzliyinin, məğrurluğunun dünyaya təqdimatıdır. Bir daha sübut olundu ki, tarixi ədalətə, real faktlara əsaslanan siyasət qalib olur. Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə Cənab Prezident, Ali Baş Komandan  İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr ölkəmizdə Zəfər Günü kimi təsis edildi.

      Tariximizin ən parlaq səhifəsi, Azərbaycan xalqının iftixar və qürur mənbəyi olan 8 Noyabr - Zəfər Günü  rayonumuzda da böyük qürurla  qeyd olunur.

      “8 Noyabr –Zəfər Günü” münasibəti ilə təsdiq olunmuş rayonun  tədbirlər planına əsasən İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliklərdə, təhsil, mədəniyyət və digər  müəssisə, təşkilatlarda Zəfər gününə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, Vətən müharibəsi şəhidlərinin ailələri ziyarət olunmuşdur.

Keçidlər