Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

8 Noyabr – Zəfər günüdür!

08 noyabr 2023 | 17:25

     İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən üç il ötür. 8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, rayonumuzda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilmişdir.

     Vətən müharibəsinin üçüncü ildönümünün keçirilməsi ilə əlaqədar rayon üzrə tədbirlər planına uyğun olaraq, rayonda silsilə tədbirlər, konfranslar, dəyirmi masalar, müsabiqələr, idman yarışları, sərgilər keçirilmiş, rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri və müharibə qaziləri ziyarət olunmuşdur.

     Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Milli Məclisin deputatı, Millət Vəkili Azər Kərimli, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyətin nümayəndələri xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsi önünə gül dəstələri düzmüş, xatirəsinə ehtiramlarını bildirmişlər.

     Sonra Şəhidlər xiyabanında ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarları ziyarət edilmiş, şəhidlərin ölməz xatirəsi ehtiramla yad edilmişdir.

     Daha sonra rayonun Heydər Əliyev Mərkəzində “8 Noyabr – Tarixi Zəfərimiz Heydər Əliyev siyasətinin təntənəsidir. Ata vəsiyyəti və inamlı Zəfər” mövzusunda konfrans keçirilmişdir.

     Bayram tədbirləri axşam saatlarında Mərkəzi Meydanda respublikanın və rayonun tanınmış incəsənət ustalarının iştirakı ilə konsert proqramı və atəşfəşanlıqla davam etdiriləcəkdir.

     Zəfər Bayramınız mübarək olsun!

Keçidlər