Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

8 Noyabr- Zəfər tariximizdir

08 noyabr 2024 | 12:57

     İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən dörd il ötür. 8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, rayonumuzda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilir.

     Vətən müharibəsinin dördüncü ildönümünün qeyd olunması  ilə bağlı  rayon üzrə tədbirlər planı hazırlanmış, plana  uyğun olaraq, rayonda silsilə tədbirlər - konfranslar, dəyirmi masalar, müsabiqələr, idman yarışları, sərgilər keçirilmiş, rayonun rəhbər işçiləri tərəfindən şəhid ailələri və müharibə qaziləri ziyarət olunmuşdur.

     Əlamətdar tarixi gün münasibətilə noyabrın 8-də rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyev, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Əli Məsimli,  hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbər şəxsləri və əməkdaşları, ictimaiyyətin nümayəndələri, YAP fəalları, Şəhid ailələri, qazilər tərəfindən Şəhidlər xiyabanında Vətənimizin bütövlüyü, azadlığı və suvereneliyi uğrunda canlarından keçmiş igid Vətən oğullarının məzarları ziyarət edilmiş, şəhidlərin ölməz xatirəsi ehtiramla yad edilmişdir.

     Daha sonra rayonun Heydər Əliyev Mərkəzində “8 Noyabr-Zəfər Günü Azərbaycan tarixinin şanlı səhifəsidir” mövzusunda konfrans keçirilmişdir.

     Bayram tədbirləri axşam saatlarında İçəribazar Turizm Mədəniyyət Mərkəzində  rayonun mədəniyyət-incəsənət ustalarının iştirakı ilə konsert proqramı və atəşfəşanlıqla davam etdiriləcəkdir.

     Zəfər Bayramınız mübarək olsun!

Keçidlər