Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Dövlət Müstəqilliyi Günü qeyd olunmuşdur

19 oktyabr 2013 | 15:00

18 Oktyabr - Dövlət Müstəqilliyi Günü münasibətilə oktyabrın 18-də Qax rayon mədəniyyət evində tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, rayon rəhbərliyi və ictimaiyyətin nümayəndələri əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbirdə “Müstəqilliyimiz əbədi, dönməz və sarsılmazdır” mövzusunda məruzə dinlənilmişdir. Məruzədə XX əsrin sonunda Azərbaycanın dövlət müstəqilliyinin bərpa olunmasından, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizin qorunub saxlanması uğrunda apardığı qətiyyətli mübarizədən və ölkəmizin əldə etdiyi uğurlardan geniş bəhs edilmişdir. Bildirilmişdir ki, dövlət müstəqilliyinin bərpasından keçən 22 il Azərbaycan tarixinin mürəkkəb və çətin, eyni zamanda ən şərəfli dövrüdür. Ulu öndər Heydər Əliyev öz müdrik siyasəti ilə xalqımızı keçid dövrünün ağır sınaqlarından şərəflə çıxarmışdır. Düşünülmüş xarici siyasət nəticəsində Azərbaycan demokratik bir ölkə kimi tanınmağa başlamış, qısa müddətdə dünyanın əksər dövlətləri və beynəlxalq təşkilatları ilə sıx iqtisadi, siyasi və mədəni əlaqələr yaradılmışdır.
Natiqlər Prezident İlham Əliyevin son 10 ildə müstəqilliyimizin daha da möhkəmləndirilməsi, ölkəmizin siyasi və iqtisadi qüdrətinin artırılması istiqamətində həyata keçirdiyi tədbirləri ürəkdən bəyəndiklərini bildirmişlər. Çıxış edənlər dövlətimizin başçısını yenidən Azərbaycan Prezidenti seçilməsi münasibətilə rayon əhalisi adından təbrik etmiş, ona Azərbaycanın işıqlı gələcəyi naminə yorulmaz fəaliyyətində daha böyük uğurlar arzulamışlar.
Tədbir rəngarəng konsert proqramı ilə başa çatmışdır.

Keçidlər