Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda şəhid Sahib Musayevin il dönümü qeyd edilib

12 noyabr 2021 | 16:00

  Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrasıni şərəflə yerinə yetirən oğullarimizdan biri də şəhid  (XTQ)gizir Sahib Musa oğlu Musayevdir.
  Sahib Musayev 21 iyul 1984-cü ildə Qax rayonunun Şotovar kəndində  doğulmuşdur.
  Azərbaycan ordusunun  Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) giziri olan Sahib Musayev 2020-ci ilin sentyabrın 27-də  Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrutun, Qubadlının və  Şuşanın  azadlığı  uğrunda  gedən  döyüşlərdə  iştirak  etmişdir.  Noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhidlik  zirvəsinə  yüksəlmişdir.
  Döyüşlərdə  göstərdiyi  igidliyə  görə ölümündən sonra  “Azərbaycan Bayraq ordeni” , ”Vətən uğrunda medalı”,  “Cəbrayılın azad olunmasına görə” , ”Şuşanın azad olunmasına görə”, "Şücaətə görə”  medalları ilə təltif edilib.

    Rayonda küçələrdən birinə şəhidin adı verilmişdir. Şotovar tam orta məktəbinə  şəhidin adını verilməsi üçün nazirlik kabinetinə vəşadət verilmişdir.

 

Keçidlər