Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür

25 noyabr 2021 | 16:00

   Kəlbəcərin işğaldan azad edilməsindən 1 il ötür. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə gözləyirdi. Noyabrın 8-də Şuşanın işğaldan azad edilməsi ilə müharibədə məğlub olduğunu anlayan Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atdı. 2020-ci ilin 10-noyabrında  imzalanan üçtərəfli bəyanatla Kəlbəcər rayonu də Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı olaraq Kəlbəcər işğaldan  azad olundu və düşmən rayondan çıxmağa məcbur edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda da qalib olmasının göstəricisi idi. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
  Kaputulyasiya aktına uyğun olaraq rayonu boşaltmaq üçün verilmiş 10 gün möhlət müddətində də ermənilər xislətlərinə uyğun davranmışdılar. 27 il işğalda saxladıqları rayonu tərk edərkən evləri, binaları, tikililəri talan etmiş, yandırmış, ekoloji terrora əl atmışdılar. Məscidləri dağıtmaqla kifayətlənməyən düşmən işğal illərində Qədim Alban məbədi olan Xudavəng məbədini də talamışdır. Azərbaycanın qədim mədəniyyətinin izlərini silmək üçün Alban kilsəsinə aid xaç və yazılar məhv edilmiş, bununla tarixi saxtalaşdırmağa cəhd göstərilmişdir.
  Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadəti ordumuz 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfər qazandı. Ərazi bütövlüyümüz bərpa edildi. Azərbaycan Prezidenti cənab İlham Əliyev 25 noyabr 2020-ci ildə televiziya ilə müraciətində Kəlbəcər rayonunun işğaldan azad edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etdi.
   Kəlbəcərin işğaldan azad edilməsi şərəfinə Azərbaycan Respublikasında "Kəlbəcərin azad olunmasına görə" medalı təsis olunmuşdur. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə Kəlbəcərin işğaldan azad edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət göstərmiş hərbi qulluqçular "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
   Artıq işğaldan azad edilmiş digər rayonlarda olduğu kimi Kəlbəcərdə də fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır. Cari ilin 16 avqust tarixində cənab Prezident İlham Əliyev  və birinci vitse-prezident Mehriban xanım Əliyeva Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağda inşa olunacaq tunelin təməlini qoymuş, 110/35/10 kilovoltluq “Kəlbəcər” yarımstansiyasının açılışı etmiş, Kəlbəcər-1” Kiçik Su Elektrik Yarımstansiyasında görülən işlərlə tanış olmuşlar. Səfər zamanı Kəlbəcər-Laçın avtomobil yolu üzərində inşa olunacaq tunelin təməli də qoyulmuşdur. Böyük kənd təsərrüfatı potensialı olan, faydalı qazıntılarla zəngin Kəlbəcər rayonun ölkəmizin iqtisadi həyatında rolu olduqca böyükdür. Əminik ki, cənab Prezidentin rəhbərliyi ilə Kəlbəcər tezliklə dirçəldiləcək, öz əsil sakinlərinə qovuşacaq və Azərbaycan iqtisadiyyatının  daha da güclənməsində töhfəsini verəcəkdir. 
  Qarabağ Azərbaycandır!

Keçidlər