Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda indiyədək 13000 hektardan çox sahədə payızlıq səpin aparılıb

10 dekabr 2021 | 16:00

 Qax rayonunun təsərrüfatlarında gələn ilin məhsulu üçün 13550 hektar sahədə payızlıq dənli bitkilərin səpini proqnozlaşdırılır. Hazırda təsərrüfatlarda payızlıq dənlilərin səpini başa çatmaq üzrədir. Torpaq mülkiyyətçiləri indiyədək 4408 hektarı dən üçün arpa, 8830 hektarı buğda olmaqla, 13238 hektar sahəyə toxum səpiblər.
  Səpin aparılacaq sahələrin şumlanması artıq başa çatdırılmışdır. Ümumilikdə, səpin kampaniyasına  200-dək traktor, 55 ədəd toxumsəpən aqreqat və digər texnikalar cəlb edilmişdir.
  Builki mövsümdə rayonda 14091 hektar sahənin məhsulu biçilib, 45681 ton taxıl istehsal olunub. Hər hektardan orta məhsuldarlıq 32,4 sentner təşkil edib. Taxıl istehsalı əvvəlki illə müqayisədə 7289 ton artıb.

Keçidlər