Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb

21 yanvar 2022 | 16:00

         Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 32 il ötür. Qanlı faciədən uzun illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu vəhşiliyi törədənlərə dərin nifrətini bildirir.
Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin otuz ikinci ildönümü rayonumuzda da xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunub.
Qanlı Yanvar faciəsinin ildönümü ilə əlaqədar yanvarın 20-də rayon İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbər şəxsləri, ayrı-ayrı əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri Şəhidlər xiyabanına gələrək, 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə, həmçinin ərazi bütövlüyümüz uğrunda canlarından keçmiş igid həmyerlilərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin ruhuna dualar oxuyub, xatirəsini ehtiramla yad ediblər.
Qanlı Yanvar hadisələri müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsinin və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıyır. Həmin hadisələrdən 32 il ötsə də, Azərbaycan xalqına qarşı törədilən bu terror aktı bəşər tarixində insanlığa qarşı ən ağır cinayətlərdən biri olaraq qalacaq.
Mərasimdə mədəniyyət işçilərinin hazırladığı ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Keçidlər