Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonumuzda gənclər bayramlarını yüksək əhval-ruhiyyə ilə qeyd edirlər

02 fevral 2022 | 16:00

2 Fevral - Azərbaycan Gəncləri Gününün təsis edilməsinin 25 illiyi münasibətilə elan olunmuş “Gənclər həftəsi” çərçivəsində Qax rayonunda silsilə tədbirlər davam edir.
  Qax Rayon Gənclər və İdman İdarəsində  tədbirlər planına uyğun olaraq, idarənin təşkilatçılığı ilə məktəblilər arasında “Qalib xalqın gəncləri” mövzusunda inşa yazı müsabiqəsi, “Nə? Harada? Nə zaman?” formatında intellektual yarış, gənc müəllimlərlə görüş, cüdo idman növü üzrə rayon birinciliyi keçirilib, “Yaradıcı gənclərin sərgisi” təşkil olunub.
  Rayon gəncləri, Vətən müharibəsinin iştirakçıları və qazilər Şəhidlər xiyabanını ziyarət edib, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarından keçən şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
  Əlamətdar bayram münasibətilə rayon gənclərinin toplantısı keçirilib. Rayon rəhbərliyinin, fəal gənclərin, Vətən müharibəsi iştirakçılarının iştirak etdiyi tədbirdə vurğulanıb ki, Azərbaycan gəncləri öz bayramlarını həmişəkindən daha alnıaçıq, qələbə əhval-ruhiyyəsi ilə qeyd edirlər. Bu da təsadüfi deyil. Xalqımız uzun illərdir gözlədiyi arzusuna qovuşub. Qırx dörd günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu əzəli və əbədi Qarabağ torpağını mənfur düşməndən – erməni işğalçılarından azad edib. Tarixi qələbənin qazanılmasında orduda xidmət edən, eləcə də könüllü olaraq cəbhəyə yollanan Azərbaycan gəncləri böyük qəhrəmanlıq göstərərək, xalqımızın zəfər salnaməsinə öz adlarını yazdılar.

Keçidlər