Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Xocalı faciəsindən 30 il ötür

26 fevral 2022 | 16:00

Xocalı faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış 28 yanvar 2022-ci il tarixli Sərəncama əsasən  respublikanın tədbirlər planına uyğun olaraq rayon üzrə tədbirlər planı hazırlanmışdır. Xocalı soyqırımı ilə əlaqədar tədbirlər planına uyğun olaraq rayonda silsilə tədbirlər davam etdirilir.
Belə ki, COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla rayonun idarə, müəssisə və təşkilatlarında, o cümlədən təhsil və mədəniyyət müəssisələrində Xocalı soyqırımına həsr olunmuş anım tədbirləri keçirilmişdir.
Rayonda müvəqqəti məskunlaşmış Xocalı ailəsinin üzvləri ilə rayon rəhbərliyinin görüşü keçirilmişdir.
26 fevral 2022-ci il tarixdə rayon İcra Hakimiyyəti, digər idarə, müəssisə və təşkilatlar, o cümlədən ictimaiyyət nümayəndələrinin iştirakı ilə Xocalı Soyqırımı ilə əlaqədar “Şəhidlər Xiyabanı”nda anım mərasimi təşkil olunmuş, ədəbi-bədii kompazisiya nümayiş etdirilmişdir.
Həmçinin rayon ərazisində Xocalı Soyqırımı qurbanlarının xatirəsinə ağacəkmə aksiyası təşkil olunmuşdur.
Respublikanın hər yerində olduğu kimi 26 fevral tarixdə, saat 17:00-da rayon ərazisində Xocalı Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad ediləcəkdir.
Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər