Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Cəlayir kəndininin sakinləri ilə görüş keçirilib

10 mart 2022 | 16:00

  9 mart 2022-ci il tarixində Qax rayonu Cəlayir kəndində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq rayon İcra Hakimiyyətinin başçısı Musa Şəkiliyevin səyyar qəbulu-görüşü keçirilmişdir.
 Rayonun aidiyyəti qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşlar tərəfindən müraciətlər qəbul olunmuşdur. Müraciətlər kənddə qəzalı elektrik dirəklərinin dəyişdirilməsi, içməli su xətti çəkildikdən sonra kənddaxili yollarda yaranmış çalaların təmir edilməsi və digər sosial problemlərin həlli ilə bağlı olmuşdur.
 Vətəndaşların müraciətləri dinlənilmiş, qaldırılan məsələlərin həlli üçün rayonun müvafiq qurumlarına tapşırıqlar verilmişdir.

Keçidlər