Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Şəhid Elgün İzzətzadənin xatirəsi anılıb

16 mart 2022 | 16:00

 44 günlük Vətən müharibəsində canından keçərək şəhidlik zirvəsinə ucalan qəhrəman oğullardan biri də rayonumuzdan olan Elgün İzzətzadədir. Martın 15-i şəhid Elgünün doğum günüdür.
 Şəhidin doğum günü ilə əlaqədar Rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının rəhbər şəxsləri, şəhər ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları, doğmaları Şəhidlər xiyabanına gələrək Elgün İzzətzadənin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad edib, ruhuna dualar oxuyublar.
 Mərasimdə çıxış edənlər Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Zəfərlə başa çatan 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbənin tarixi əhəmiyyətindən danışıb, şəhidlərin əziz xatirələrinin heç bir zaman unudulmayacağını vurğulayıblar. Məktəblilər şəhidlərə, Vətənə həsr olunmuş şeirlər söyləyiblər.
 Sonra mərasim iştirakçıları şəhidin ailəsini evində ziyarət edib, ailə üzvlərinə mənəvi dəstək olublar. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.
 Qeyd edək ki, Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılan Elgün Qubadlının azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.   Döyüşlərdə göstərdiyi igidliyə görə o, ölümündən sonra “Vətən uğrunda” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.


 

Keçidlər