Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Novruz bayramı ərəfəsində şəhid ailələri ziyarət olunub

19 mart 2022 | 16:00

Novruz bayramı ərəfəsində Qax Rayon İcra Hakimiyyətinin əməkdaşları torpaqlarımızın azadlığı uğrunda şəhid olan həmyerlilərimizin ailələrini ziyarət etmiş, bizə düşmən üzərində öz canları bahasına böyük qələbələr yaşatmış şəhidlərimizi xalqımızın heç vaxt unutmayacağını, onların əziz xatirələrini daim uca tutacaqlarını və ehtiram göstərəcəklərini bildirmişlər. Həmçinin şəhidlərimizin ailə üzvlərini qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edərək onlara bayram sovqatları təqdim etmişlər.

Keçidlər