Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxda Dövlət Bayrağı Günü qeyd olunmuşdur

12 noyabr 2013 | 16:00

Dövlət Bayrağı Günü Qax rayonunda da silsilə tədbirlərlə qeyd olunmuşdur.
         AzərTAc xəbər verir ki, əlamətdar gün münasibətilə noyabrın 9-da Qax şəhərinin Bayraq meydanında ümumrayon bayram tədbiri keçirilmişdir.
Rayon ictimaiyyəti nümayəndələrinin, məktəblilərin, yeniyetmə və gənclərin iştirak etdiyi tədbirdə rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə hər il noyabrın 9-nun ölkəmizdə Dövlət Bayrağı günü kimi geniş qeyd olunduğunu diqqətə çatdırmış, tədbir iştirakçılarını əlamətdar bayram münasibətilə təbrik etmişdir.
       Məktəblilərin ifasında üçrəngli Azərbaycan bayrağına həsr olunmuş şeirlər səslənmişdir.
          Rayonun mədəniyyət işçilərinin hazırladıqları rəngarəng konsert proqramından sonra Bayraq meydanında Azərbaycan bayraqları ilə bəzədilmiş avtomobillərin və velosipedçilərin yürüşü başlanmışdır. Yürüş iştirakçıları şəhərin küçələrini bir neçə dəfə dövrə vuraraq sakinlərə xoş anlar bəxş etmişlər.
Dövlət Bayrağı Günü münasibətilə rayonda müxtəlif idman növləri üzrə yarışlar da keçirilmişdir.

Keçidlər