Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Qaxın təsərrüfatlarında indiyədək 11 min hektardan çox taxıl sahəsinə yemləmə gübrəsi verilib

30 mart 2022 | 16:00

 Ötən ilin payızında Qax rayonunun təsərrüfatlarında 2022-ci ilin məhsulu üçün 13238 hektar sahəyə taxıl səpilmişdir. Taxıl əkinlərinin 8830 hektarını buğda, 4408 hektarını arpa sahələri təşkil edir. Hazırda taxıl sahələrinə yemləmə gübrələri (azot, karbamid) verilir.
  Yemləmə gübrələrinin tətbiqi payızlıq taxılın məhsuldarlığını artırmaqla yanaşı, onun keyfiyyət göstəricilərinin yüksəlməsinə də yaxşı təsir göstərir. İndiyədək 11350 hektar sahəyə yemləmə gübrəsi verilib və bu iş davam etdirilir. Yaxın günlərdə taxıl sahələrində alaq otlarına qarşı kimyəvi mübarizə tədbirlərinə də başlanılacaq.

Keçidlər