Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə anım tədbiri keçirilmişdir

31 mart 2022 | 16:00

 1918-ci ilin martında erməni millətçiləri tərəfindən azərbaycanlıların kütləvi şəkildə öldürülməsi, soyqırımına məruz qalması XX yüzillikdə dünya tarixinin ən qanlı səhifələrindən biridir. Soyqırımı qurbanlarının xatirəsi rayonunda da ehtiramla anılıb.
  31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri Şəhidlər xiyabanına gələrək, Vətənimizin azadlığı uğrunda həlak olmuş igid həmvətənlərin məzarları üzərinə gül-çiçək düzüb, şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
 Anım mərasimində vurğulanıb ki, son iki əsrdə erməni millətçiləri tərəfindən xalqımıza qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti Azərbaycan tarixinin faciələrlə, qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Erməni millətçilərinin törətdikləri vəhşiliklər, zorakılıqlar, faciələr xalqımızın qan yaddaşında dərin izlər buraxıb və heç vaxt yaddaşlardan silinməyəcək.

Keçidlər