Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb

02 aprel 2022 | 16:00

Möhtəşəm qələbələri  ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsində Zəfər qazandı. Vətən uğrunda canından, qanından keçməyə hazır olan əsgər və zabitlərimiz döyüşlərin hər birində xüsusi qəhrəmanlıq nümunələri göstərərək, Azərbaycanın hərb tarixində yeni səlnamə yazdı. O qəhrəmanlardan bir çoxu Şəhid olaraq əbədiyyata qovuşdu, xalqımızın qəlbində əbədi zirvəyə ucaldı.   Onlar öz qəhrəmanlıqları ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsinə, işğalda olan torpaqlarımızın düşməndən azad etdilməsinə nail oldular. Qəhrəman oğullarımızı tanımaq,  onların əziz xatirəsini yad etmək, şücaətləri ilə qürur duymaq hər bir Azərbaycan vətəndaşının şərəf borcudur.
    Cəbhə boyu  Şuşayadək bütün ərazilərin işğaldan azad edilməsində rəşadətli döyüş yolu keçmiş rayonumuzun şəhidləri Ali Baş Komandan cənab İlham Əliyevin imzaladığı sərəncamlarla fəxri adlarla, müxtəlif orden və medallarla təltif edilmişdir.
    Həftə ərzində rayonumuzda  Vətən müharibəsində qəhrəmancasına döyüşmüş şəhidlərimizdən Abbasov Ramin Sabir oğlunun, Allahverdiyev İsgəndər Nəsir oğlunun və Babayev Samsun Şəmsəddin oğlunun doğum günləri ilə əlaqədar olaraq tədbirlər  keçirilmişdir.
    Tədbirlərdə rayon rəhbərliyi və  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidlərin ailə üzvləri, ictimaiyyət nümayəndələri,  gənclər,  məktəblilər  iştirak  etmişlər. Şəhidlərin məzarları  üzərinə gül dəstələri düzülmüş, ruhlarına dualar oxunmuş,  xatirələri ehtiramla yad edilmişdir.
     Mərasimlərdə şəhidlərin Vətən müharibəsindəki şücaətlərindən, onların şərəfli döyüş yollarından söz  açılmış,  məktəblilər və gənclər bədii   kompazisiyalarla  çıxış etmişdir.   
     Ərazi bütövlüyümüzün bərpa olunması uğrunda canından keçmiş bütün  şəhidlərimizə  Allahdan rəhmət, qazilərimizə isə şəfa  diləyirik!
    Eşq olsun Müzəffər Ali Baş Komandana və qalib  Azərbaycan xalqına !

Keçidlər