Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Hakimiyyəti
Qaynar xətt: (+994 2425) 5-22-23

Rayonda indiyədək 888 hektar sahədə yazlıq bitkilər əkilib

05 aprel 2022 | 16:00

Qax rayonunun təsərrüfatlarında yazlıq bitkilərin əkini davam edir. Torpaq mülkiyyətçiləri bu günədək 888 hektar sahədə yazlıq bitkilər əkiblər.
 Rayonda məhsul istehsalçıları indiyədək 224,5 hektar sahədə kartof, 91,5 hektarda tərəvəz, 98,5 hektarda vələmir, 8,5 hektarda lobya, 13 hektarda bostan bitkiləri əkib, 452 hektar sahəyə çoxillik yonca səpiblər.
 Təsərrüfatlarda, eyni zamanda, tütün əkininə hazırlıq işləri də davam etdirilir. İstixana şəraitində yetişdirilən tütün şitillərinin aprelin 20-dən sonra sahələrə köçürülməsi nəzərdə tutulur.

Keçidlər